ABŞ Müdafiə Nazirliyi Rusiyanın Mi-17 təyyarələrini almaqdan imtina edib.
Pentaqon Moskva ilə razılaşmasına senatorlar Riçard Blyumental və Kris Mörfinin apardığı kampaniyadan sonra son verib.
Qeyd edək ki, Mi-17 təyyarələri Pentaqon tərəfindən Əfqanıstan ordusu üçün alınmalı idi. Pentaqon bunun yerinə 53 ədəd modernizasiya etdiyi UH-60 vertolyotlarını Əfqanıstan ordusuna verməyi planlaşdırır. (Axar.az)