XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 16:48

Türkiyə XİN başçısı:"Ermənistan yalana üstünlük verir, özünə güvənmir"

mevlud

"Dürüstlükdən danışırsınız, lakin bu günə qədər soyqırımı yalanını hər yerdə dilə gətirirsiniz".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistan parlamentinin üzvü Koryun Nahapetyanın Türkiyəni İŞİD-ə dəstək verməsi barədə ittihamlarını cavablandırarkən deyib.

Nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan rəhbərliyinə məktubla müraciət etdiyini xatırladıb: "Biz hakimiyyətə gələndə Rəcəb Tayyib Ərdoğan dövlət başçınıza məktub yazdı. Məktubunda bildirirdi ki, "Siz bu iddiaları irəli sürürsünüz, gəlin ortaq komissiya yaradaq, bu komissiyaya sizin və bizim elm adamlarımızı daxil edək. Arxivləri açaq, siz də açın, biz də açaq. Amma iki ölkə kifayət etməz, Rusiyanın da, ABŞ-ın da, İngiltərənin də elm adamları gəlsin, onlar da arxivlərini açsınlar. Elm adamları bu işi aparsın, nəticə nə olursa-olsun, biz qəbul etməyə hazırıq" dedik. Siz isə "Yox" dediniz. Niyə? Çünki siz yalana üstünlük verirsiniz, özünüzə güvənmirsiniz".  (APA)