XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 19:45

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam ləğv edilib- Rəsmi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi prosesi tam başa çatıb.

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, mərkəz artıq dövlət qeydiyyatına alınıb.

Hazırda DQMK və TQDK-nın  ləğvetmə komissiyaları maddi-texniki baza ilə əlaqədar iş aparır: “Artıq hər iki quruma həvalə olunan işlər mərkəz tərəfindən birgə həyata keçirilir. Ləğv olma və birləşmə prosesi gedən zaman da biz hər iki quruma həvalə olunan işləri davam etdirirdik, bu işlər paralel aparılırdı”.