XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 20:44

Topaz Premyer Liqası:“Qarabağ” “Kəpəz”ə qalib gəldi

Noyabrın 19-da futbol üzrə Topaz Premyer Liqasında daha bir oyun keçirilib.

Azərtac xəbər verir ki, turun ikinci oyununda son ölkə çempionu “Qarabağ” “Kəpəz”lə qarşılaşıb. “Qarabağ” görüşdən qalib ayrılıb – 1:0.

İlk hissədən oyunda təşəbbüsə yiyələnən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda görüşün 17-ci dəqiqəsində istəyinə çatıb. Dani Ndlovu topu “Kəpəz”in qapısından keçirib. İlk hissə “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.

Beləliklə, bu nəticə ilə “Qarabağ” 12 oyundan 28 xal toplayıb və lider “Qəbələ” ilə birinci və ikinci pillələri bölüşür. “Kəpəz” isə 12 xalla yenə beşincidir.