XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2016 - 10:58

Rusiya:“Bu, faşizm üzərində oğurlanmış qələbədir”

rusya

İkinci Dünya müharibəsində SSRİ 50 milyon insan itirib.

Bunu Beynəlxalq Nürnberq Hərbi Tribunalının 70 illiyinə həsr edilmiş konfransda çıxışı zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Aleksandr Zvyaqinçev söyləyib.

Onun sözlərinə görə, bu say Böyük Vətən Müharibəsində ölənlər və sonradan güllə yaralarından ölənlərin ümumi cəmi sayəsində yaranıb:

“Biz həmin siyahıya həmçinin demoqrafik itkiləri – anadan ola bilməyən körpələri də aid etmişik. Bu bizim xalqın faşizm üzərində qələbəsinə qarşılıq olaraq ödədiyi qiymətdir. Nürnberq prosesi heç vaxt unudulmamalıdır. Əks halda biz oğurlanmış qələbə anlayışı ilə qarşı-qarşıya qalacağıq. Bir müddət öncə Avropada keçirilən sorğularda yalnız 12% şəxs SSRİ-nin faşizm üzərində qələbənin səbəbkarı olduğunu deyib. Bax bu, əsl oğurlanmış qələbədir”.

Qeyd edək ki, indiyə qədər rəsmi mənbələr İkinci Dünya Savaşında 60 milyon insanın qətlə yetirildiyini bildirirdi. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın payına düşürdü.  (Axar.az)