XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2016 - 14:22

Çavuşoğlu:“İndi bu ölkənin başına gələnlərə baxın”

movlud

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukraynanın düşdüyü vəziyyəti dəyərləndirib.

Nazir Kiyevin Ankara kimi çoxşaxəli siyasət yürüdə bilmədiyini deyib:

“Ukraynaya çoxşaxəli siyasət yürütmək imkanı verilmədi. İndi bu ölkənin başına gələnlərə baxın. Ancaq Ukrayna Rusiya və Qərblə münasibətlərdə tarazlıq yarada bilərdi. Kiyev hansı qərarı versəydi, hazırki vəziyyətdən yaxşı olacaqdı”.

Çavuşoğlu Türkiyə vətəndaşlarının vizasın gedə biləcəyi ölkələrin artacağını açıqlayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Özbəkistan bu siyahıya əlavə olunacaq:

“Biz Özbəkistan vətəndaşları üçün vizanı ləğv etmişik. İndi isə Özbəkistan bizim vətəndaşlar üçün vizanı ləğv edəcək. Bu barədə danışıb razılaşmışıq”. (Axar.az)