ABŞ prezidenti Barak Obama bildirib ki, prezident postunda səlahiyyət müddəti başa çatanadək Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid edir.
Obama bunu Perunun paytaxtı Limada başa çatmış Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.
"Putinlə söhbətimdə Ukrayna üzrə Minsk razılaşmalarının yerinə yetirilməsinin vacibliyini vurğuladım. Bununla bağlı Rusiya tərəfini ABŞ, Fransa və Almaniya nümayəndələri ilə birgə işləməyə çağırdım. Çünki səlahiyyət müddətim başa çatanadək Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid bəsləyirəm”, deyə B.Obama bildirib. O, həmçinin Suriyaböhranının həlli ilə bağlı nikbin olmadığını vurğulayıb.
Qeyd edək ki, Limada keçirilən APEC sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında qısa söhbət olub. Prezidentlər Ukrayna və Suriyadaki vəziyyəti müzakirə ediblər. Obamanın prezident postunda səlahiyyət müddəti gələn il yanvarın 20-də başa çatır. (APA)