XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2016 - 11:11

Türkiyə prezidenti:“Dostlarımızın silahı terrorçuların əlindədir”

erdogan

 “Bizim terror qruplaşması elan etdiklərimizin əlindən İraq və Suriyada dostlarımızın silahı aşkar edildi”.

Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında bildirib.

O, müttəfiqlərin Türkiyəyə terrora qarşı mübarizədə göstərdikləri yardıma görə təşəkkürünü bildirib: “Eyni dəstəyi başda terrorçu İŞİD və PKK qruplaşmaları olmaqla bütün terrorçulara qarşı mübarizəmizdə gözləyirik.Terror qruplaşmaları təmsilçilərinin ölkələrinizdə sərbəst hərəkət edib, fəaliyyət göstərmələrinə mane olmağınızı istəyirik. Xüsusən Avropa İttifaqının terrorçu elan etdiyi PKK-nın Avropada rahatca hərəkət edib, aksiya keçiriməsini qəbul edə bilmərik".  (Report)