XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 11:44

Bəşər Əsəd:"ABŞ SSRİ-nin dağılmasından sonra dünya ölkələrinə liderlik etmək istəyir"

asad-7

ABŞ SSRİ-nin dağılmasından sonra dünya ölkələrinə liderlik etmək istəyir.

Bunu İran mətbuatına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib. Onun sözlərinə görə, ABŞ onun hakimiyyətinə tabe olmayan bütün ölkələri yox etməyi özünə hədəf seçib:

“Bu siyasət, xüsusilə, yeni güclərin ortaya çıxmasından sonra aktivləşib. Qüvvələr balansının dəyişməsi Amerikanın istəmədiyi bir şeydir. Təbii olaraq, Amerika hegemoniyasına qarşı olan ölkələrə hücum Vaşinqtonun planları içərisindədir. 2003-cü ildə İranın nüvə proqramına qarşı tətbiq etdikləri ssenarini indi Suriyaya tətbiq edirlər. Terrorizm, psixoloji savaş, iqtisadi müharibə kimi vasitələr bütün sahələrdə istifadə edilir. Suriyaya qarşı ən önəmli vasitə isə media idi. Bununla bütün Suriyanı öz təsirləri altına almağa çalışdılar. Onların əsas hədəfi Suriya dövlətinin, xalqın tarixi kimliyinin və inancımızın yox edilməsidir, amma bunu dillərinə gətirmək istəmirlər”.  (Axar.az)