XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 12:37

MOK-un vitse-prezidenti:"Gəncləri idmana cəlb etmək lazımdır"

mok

 "2016-cı il Azərbaycan idmanı üçün uğurlu oldu. Ölkəmiz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal sayında dünyada 14-cü oldu. Daha 10 idmançımız ilk 5-liyə daxil olub. Bu da çox yaxşı nəticədir".

Bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə yeni memorandumun imzalanma mərasimində deyib. 

Onun sözlərinə görə, gəncləri idmana cəlb etmək lazımdır: "Buna isə "Olympic Moves" adlanan hərəkat vasitəsilə nail olmaq mümkündür. Biz Təhsil Nazirliyi ilə birgə yeni tədbirlər həyata keçirmək istəyirik. Bundan sonra arzu edərdim ki, Azərbaycanın həm də gənc idmançılar ölkəsi olduğunu deyək".  (Report)