XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 09:30

11 yaşlı uşaq gənclər arasındaAzərbaycan çempionu oldu

xezer3

Xəzər Babazadə – Azərbaycan xalqı, yəqin ki, yaxın gələcəkdə bu adı tez-tez eşidəcək.

Dəfələrlə şahmat üzrə keçirilən yarışlarda çempion adını qazanan bu 11 yaşlı uşaq dünən özündən 6 yaş böyüklərin Qubada keçirilən Azərbaycan çempionatının qalibi olub.

17 yaşlı gənc şahmatçıları bir-bir sıradan çıxaran Xəzər bundan əvvəl öz yaşıdları arasında  Avropa çempionu olmuşdu. 

Xəzərin qazandığı uğurlar bununla da bitmir. O, iki dəfə – 9 və 11 yaşlarında isə yaşıdları arasında Azərbaycan çempionu adına layiq görülüb.

Bu dahi uşağın uğurlarında həm atası, həm də məşqçisi olan Araz Babayevin də böyük xidmətləri var.

Strateq.az olaraq biz də indidən şahmatçıların canına xof salan Xəzər balanı qazandığı uğurlar münasibətilə təbrik edirik.

xezer1

xezer2  xezer