Türkiyədə baş vermiş çevriliş cəhdi ilə əlaqəsi olan 15 min nəfər işdən azad edilib.
Bu barədə rəsmi qərar qəbul edilib. İşdən azad edilənlər arasında dövlət işçiləri, hərbçilər və polis əməkdaşları var.
Bu günlərdə qəbul olunan qərara əsasən 550 dərnək, 9 media qurumu və 19 özəl tibb müəssisəsi bağlanıb(Qafqazinfo).