XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 18:27

Putin “yeni SSRİ”-dən danışdı:"Avrasiya İttifaqı rəqabət aparmağı qarşısına məqsəd qoymayıb”

putin

“Regional birliklər vacibdir və lazımdır. Bu təbii prosesdir. Belə birliklər Ümumdünya Ticarət Təşkilatının qəbul etdiyi unversal normalar əsasında yaradılmalıdır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının perspektivlərini şərh edərkən bildirib.

Putin deyib ki, məhz bu qaydada Avrasiya İqtisadi İttifaqı yaradılıb və fəaliyyət göstərir: “Avrasiya İttifaqı başqa regional təşkilatlara qarşı rəqabət aparmağı qarşısına məqsəd qoymayıb”.

Onun sözlərinə görə, iqtisadiyyatın həcminə görə, bu birliyi sakit okean məkanında yaradılacaq birliklə eyni tutmaq düz deyil. Putin qeyd edib ki, buna baxmayaraq Avrasiya məkanında digər qurumlarla geniş kooperasiya birlikləri yaratmaq mümkündür: “Əgər biz dünya iqtisadiyyatında baş verən proseslərə effektiv nufuz etmək istəyiriksə o zaman hər hansı qapalı birlik yaradılmamlıdır. Belə birliklər yaradılacaqsa bu dünya ticarətinin xeyirnə olmayacaq”.