XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 21:22

TASS agentliyi:"AB Türkiyə ilə münasibətləri dondurmağa hazırlaşır"

avropa

Avropa Birliyi Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı danışıqları dondura bilər.

Bu barədə informasiyanı TASS agentliyi Avropa Parlamentindəki etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə gələn aya qədər AB-Türkiyə münasibətlərində irəlləyiş olmasa, Brüsselin Ankaraya qarşı sərt addımlar atmalı olacağını bildirib.

Qeyd edək ki, son günlər Türkiyə-Avropa Birliyi münasibətləri gərginləşib. Avropa ölkələri Türkiyəni insan haqlarının pozulmasında günahlandırır, Ankara isə Qərbi ikiüzlü siyasət yürütməkdə ittiham edir.

APA