XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 22:01

NATO qoşunları Polşaya yerləşdirilir –Proses başladı

Meetings of the Defence Ministers at NATO Headquarters in Brussels- North Atlantic Council Meeting

NATO qoşunlarının Polşada yerləşdirilməsi prosesi başlayıb.

Bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Antoni Maçereviç söyləyib.

Onun sözlərinə görə, qoşunların dislokasiyası yanvar ayında başa çatacaq.

O, Polşaya ABŞ, Rumıniya və Böyük Britaniya hərbçilərinin gələcəyini söyləyib.

Qeyd edək ki, NATO qoşunlarının Polşa və Baltikyanı ölkələrdə yerləşdirilməsi haqqında qərar Varşava sammitində qəbul edilib. Qərara əsasən, Latviyanın müdafiəsini Kanada, Litvanın müdafiəsini Almaniya, Estoniyanın müdafiəsini Böyük Britaniya, Polşanın müdafiəsini isə ABŞ öz üzərinə götürüb.