XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 11:39

Azərbaycan MDB məkanındailk dördlükdədir

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tərtib etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı indeksində 58-ci yer tutub.

Trend-in məlumatına görə, bu məlumat ITU-nun “İnformasiya cəmiyyətinin ölçülməsi-2016” hesabatında yer alıb.

Bu göstərici ilə Azərbaycan MDB dövlətləri arasında dördüncü yerdə qərarlaşıb. Yalnız Belarus, Rusiya və Qazaxıstandan geri qalan Azərbaycan Gürcüstan, Ukrayna, Özbəkistanı qabaqlayıb.

ITU-nun qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı 6,28 xal təşkil edib.