XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 13:07

Netanyahu Azərbaycanagələn ay gələcək

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub.

Diplomatik mənbə APA-ya təsdiqləyib ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.

Bu, B.Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.

Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, bir müddət öncə də İsrail mətbuatında baş nazirin səfəri haqda məlumat verilmişdi. Lakin onda hökumət səfərin yaxın günlərdə baş tutacağını təsdiqləsə də, dəqiq tarix açıqlamamışdı.