XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 13:59

İki qadın boksçumuz Avropaçempionatının finalında

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir.

Artıq turnirdə yarımfinal görüşlərinə start verilib. Rinqə çıxan üç Azərbaycan boksçusundan ikisi finala yüksəlib. Belə ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova fransalı Delfin Mançinini məğlub edərək Avropa çempionatının finalına çıxıb. Çempionatda 69 kiloqram çəkidə yarışan Yelena Vıstropova isə rusiyalı Səadət Abdullayeva ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb.

Leyla Cavadova (81 kq) finala gedən yolda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqib idmançının qələbəsi ilə başa çatıb. İdmançımız Avropa çempionatını bürünc medalla başa vurub.

Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva isə Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşüb. Başa-baş keçən döyüş rəqib idmançının qalibiyyəti ilə yekunlaşıb. Beləliklə, daha bir təmsilçimiz Avropa çempionatını bürünc medalla başa vurub(azərtac).