XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 15:17

Ərdoğan:"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşıyıq"

Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına qarşıdır.

Trend-in "Akşam" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, işğal heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir.

Türkiyə Prezidenti deyib ki, işğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır: “Bu torpaqların əsl sahibləri azərbaycanlılardır və onlar öz torpaqlarına qayıtmalıdırlar. ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.