XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 17:21

Köçəryan:“Çalışacağıq ki, KTMT-nin baş katibi Ermənistanın namizədi olsun”

koc%c9%99ri

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin Ermənistandan olmasında israr edəcəyik”.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.

O xatırladıb ki, oktyabrda İrəvanda keçirilən sammitdə Ermənistandan olan namizədlə bağlı konsensus əldə olunmadığından qərarın qəbulu təxirə salınıb. Ş. Köçəryanın sözlərinə görə, bununla bağlı iclas keçiriləcək və məsələ müzakirəyə çıxarılacaq: “Təkid edirik və hesab edirik ki, rotasiya prinsipi işləməlidir. Həmin prinsipə əsasən, KTMT-nin növbəti baş katibi Ermənistan namizədi olmalıdır”.

Qeyd edək ki, İrəvan sammitində qurumun baş katibinin dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılmamasının əsəs səbəbi kimi Qazaxıstan prezidentinin toplantıda iştirak etməməsi göstərilib.    (APA)