XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 17:45

Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda qatarlardaha sürətlə hərəkət edəcək

Təmir işləri yekunlaşdıqdan sonra Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda qatarlar daha sürətlə hərəkət edəcək.

Azərtac xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda uzun müddətdir təmir işləri aparılmadığından burada görüləsi işlər çoxdur. Bu yol işlək vəziyyətdə deyildi, yollar köhnəlib, yenidən təmirə ehtiyac yaranmışdı.

C.Qurbanovun sözlərinə görə, Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan işlərin tez yekunlaşması və qatarların daha sürətlə hərəkət etməsi üçün işlər görülür.