XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 00:27

Kəmaləddin Heydərov Ağdama gedir –Qəbul tarixi

kamaleddin-heyderov

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında 25 noyabr saat 11.00-dan vətəndaşların qəbul edəcək.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.