XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 23:22

Azərbaycanda dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağan edilib –Fərman

ilham

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Sənədə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir.

Fərmana görə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar.  (APA)