XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 01:09

Türkmanlardan Əsədə ağır zərbə:18 ölü, 2 girov

turkman

Suriyada Bəşər Əsəd rejiminin Latakiya bölgəsində Türkmandağı və Cəbəl Əkrad bölgəsində başlatdığı hücumların qarşısı müxaliflər tərəfindən alınıb.

Bu barədə Suriya Türkləri Dərnəyi məlumat yayıb.

Səhər saatlarında hücuma keçən rejim qüvvələrinin İsa Pinar kəndi və Tuffahiye qəsəbəsində bəzi mövqeləri ələ keçirdiyi bildirilsə də, axşama doğru həmin ərazilərin geri alındığı bildirilib.

Qeyd edək ki, atışmalarda Əsədə sadiq 18 əsgər öldürülüb, 2-si isə girov götürülüb.

Bundan əlavə, müxaliflər 1 tank və 1 təyyarə əleyhinə raketi də qənimət olaraq ələ keçiriblər.  (Axar.az)