XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 10:00

Adanada törədilən partlayışda 2 nəfər ölüb, 16 nəfər yaralanıb –YENİLƏNİB

adana-2

Adana valiliyinin inzibati binasının qarşısında partlayış baş verib.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Partlayışın binanın avtomobil parkında qeydə alındığı bildirilir. Avtomobillərdən birinin partlaması nəticəsində bina və ətrafdakı maşınlar da zərər görüb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları, polis əməkdaşları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

**

Adana Valiliyinin binasında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

NTVnin verdiyi xəbərə görə, bu barədə Adana valisi bildirib. İnzibati binanın avtomobil dayanacağında partlayış törədilib. Xeyli sayda maşın yanıb, yaxınlıqdakı evlərə ziyan dəyib.