XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 16:23

Azərbaycan OPEC-in iclasına dəvət edildi –Natiq Əliyev Vyanya gedir

 OPEC.jpg

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) noyabrın 28-də Vyanada keçiriləcək Yüksək Səviyyəli Komitənin ikinci iclasında iştirak edəcək.

İclasda ölkəmizi Azərbaycanın energetika naziri Natiq Əliyev təmsil edəcək. İclasda ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlər müzakirə olunacaq. Azərbaycan prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək.

Rəsmi Bakının dünya enerji balansının bərpa edilməsi istiqamətində nümayiş etdirdiyi konstruktiv mövqe, öz neft siyasətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışması, OPEC və qeyri-OPEC ölkələrinin toplantısında irəli sürülən müddəaların, həll təkliflərinin hələ bu tədbirdən əvvəl Prezident İlham Əliyev səviyyəsində bəyan edilməsi, digər neft ölkələri ilə müqayisədə rəsmi Bakının birmənalı, konkret, düşünülmüş və tərəddüdsüz siyasəti böyük maraq kəsb edib, böhran situasiyalarında doğru qərarlar qəbul etməyi bacaran dövlət kimi Azərbaycanın nüfuzu daha da möhkəmlənib. Prezident İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfəri zamanı dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib, digər neft ölkələrini də oxşar addımlar atmağa çağırıb.