XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

21 Mart 2015 - 09:17

Yəməndə məscidlərə hücum: 120 ölü, 250 yaralı

Məsuliyyəti İŞİD terror qrupu öz üzərinə götürüb

Kamikadzelərin Yəmən paytaxtı Sənada iki məsciddə törətdiyi partlayışda 120-dən çox ölən, 250-dən çox yaralı var.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, kamikadzelər əsasən keçən payızdan Sənaya nəzarət edən qiyamçı husi şiələrin baş çəkdiyi iki məsciddə cümə namazı vaxtı özlərini partladıblar. Məsuliyəti İŞİD terror qrupu öz üzərinə götürüb.

Son zamanlar Yəməndə husilərlə əl-Qaidə də daxil olmaqla digər qruplar arasında silahlı münaqişələr baş verir.

Şahidlərin sözlərinə görə, kamikadzeləridən biri Sənanın güneyindəki Bədr məscidinə daxil olaraq möminlərin içində partladıcı qurğunu işə salıb. Sağ qalanlar qapılara doğru can atarkən orada onları ikinci kamikadze gözləyirmiş.

“əl-Cəzirə” telekanalının məlumatına görə, ölənlərin içində məscidin imamı, məşhur husi vaiz də var.