XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 09:41

Stoltenberq:“Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır"

stoltonberq

Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Oksford universitetində çıxışı zamanı deyib.

NATO-nun addımları müdafiə və proropsional xarakter daşıyır, biz yeni soyuq müharibə istəmirik, Rusiya ilə münasibətlərin gərginləşməsini arzulamırıq”, – deyə o qeyd edib.  

Baş katib NATO-nun Şərqi Avropada gücləndirilməsini “müharibənin qarşısını almaq məqsədi ilə Rusiyanı dayandırmaq siyasəti” əlaqələndirib: “Bununla belə, Alyans Moskva ilə siyasi dialoq imkanını hələ də açıq saxlayıb”.    

Stoltenberq Rusiyanı sakitləşməyə və NATO-nun genişlənməsi ilə barışmağa çağırıb: “Mən anlamıram, Rusiya nə üçün Mərkəzi və Şərqi Avropada yeni müttəfiqlərinin yaranması ilə əlaqədar NATO-nun genişlənməsini təxribat hesab edir?”.  

Onun sözlərinə görə, Alyans şərqə doğru genişlənmir, sadəcə, Polşa, Estoniya, Litva, Latviya, Macarıstan quruma üzvlüklə bağlı müraciət ediblər. “Rusiya sakitləşməli və qonşularının öz yollarını özlərinin seçdiyini  qəbul etməlidir”, – deyə Stoltenberq bildirib.   

Qeyd edək ki, NATO 2017-ci ildə Baltikyanı ölkələr və Polşada 4 çoxmillətli batalyonlar  yerləşdirməyi planlaşdırıb.   (APA)