XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 16:14

KİV:"Kiyevdə keçmiş prezidentin dindirilməsinə başlanılıb"

yanikovic

Kiyevdə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dindirilməsinə başlanılıb. O, 2014-cü ilin fevral ayında Kiyevdə baş vermiş iğtişaşlar üzrə şahid qismində ifadə verir.

Dindirilmənin həyata keçirilməsi üçün Kiyev şəhər Svyatoşinski Rayon Məhkəməsi və Viktor Yanukoviçin bir müddət əvvəl gəldiyi Rusiyanın Rostov Vilayət Məhkəməsi arasında videoəlaqə təşkil edilib.

Məlumata görə, Ukraynanın paytaxtında istintaq tədbirləri ilə əlaqədar təhlükəsizlik gücləndirilib. Svyatoşinski Rayon Məhkəməsinin binasını 130 polis mühafizə edir. (Report)