XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2016 - 16:21

“Rabitə çetesi”nin məhkəməsi –Proses noyabrın 28-də davam etdiriləcək

rabite-1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hakim bildirib ki, Vergilər Nazirliyinin qaldırdığı mülki iddia təqsirləndirilən Bayram Vəliyevlə bağlıdır.

B. Vəliyev ittiham üzrə özünü qismən təqsirli bildiyini, həmin mülki iddia ilə bağlı ödəniş etdiyini deyib. Daha sonra digər təqsirləndirilən şəxslər ittihama münasibət bildiriblər.

Emin Məmmədovun vəkili Vüqar Xasayev isə deyib ki, ittiham aktında rəqəmlərlə bağlı yanlışlıq var.

Hakim məsələnin araşdıracağını deyib. E. Məmmədov özünü qismən təqsirli bilib. Məmməd Məhəmmədov, Oqtay Rüstəmov, Namazalı Məmmədov özlərini təqsirli bilməyiblər. Beytulla Hüseynov, Anar Mustafayev isə özünü qismən təqsirli bilib.

Proses noyabrın 28-də davam edəcək.

APA