XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 22:02

Türkiyədə İŞİD əleyhinə əməliyyat keçirilib:Aralarında 2 azərbaycanlının da olduğu 25 nəfər saxlanılıb

isis

Türkiyədə İŞİD əleyhinə xüsusi əməliyyat keçirilib.

Bu barədə "Milliyyet.com" xəbər yayıb.

Məlumatda bildirilir ki, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən Qaziantepdə, Şanlıurfada və Aydında İŞİD üzvü olmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb.

Onlardan 12-i Rusiya, 2-i Azərbaycan, 2-i Özbəkistan və 1-i Tacikistan vətəndaşlarıdır. Saxlanılanlardan çoxlu sayda silah, müxtəlif hərbi formalar, ağrıkəsici və narkotik tərkibli dərmanlar, müxtəlif dillərdə yazılmış təşkilati sənədlər müsadirə edilib. (Report)