XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 23:59

“Azərbaycan neftinin emalında maraqlıyıq” –Lukaşenko

lukasenko-2.jpg

"Ölkə öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır".

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bizim respublikamız hələ SSRİ vaxtlarından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına uyğun yüksək texnologiya səviyyəsi ilə, neft hasilatının dərinliyi ilə və neft məhsullarının keyfiyyəti ilə səciyyələnir.

Xarici bazarlarda Belarus neft-kimyası məhsulunun 70 faizindən çoxu reallaşır. Buna görə Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir", — deyə Lukaşenko bildirib(Report).

Qeyd edək ki, Belarus prezidenti noyabrın 28-29-da Azərbaycana rəsmi səfərə gələcək.