XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 09:26

İsrailli politoloq:"Yəhudiləri yenidən dənizə tökəcəklər"

smulevic

İsraildə olan fəlakətli yanğınlar təsadüfi deyil.

Bu sözləri öz Feysbuk səhifəsində İsrail politoloqu Avram Şmuleviç paylaşıb. Onun sözlərinə görə, bunun vasitəsilə ölkənin nə qədər effektiv iflic olacağı yoxlanılır:

“Ərəblər bunu edərək yəhudilərin hansı tədbirlər gördüyünü müşahidə etmək istəyirlər. Onlar müharibəyə hazırlaşırlar. Suriyada sülh yaranacağı təqdirdə müharibə qaçılmaz olacaq. Suriyadakı sülh sünnilərlə şiələrin hansısa platformada barışması deməkdir. Biz hamımız bilirik ki, burada hansı platformadan söhbət gedir. Onlar yenidən yəhudiləri dənizə tökməyi planlaşdırırlar. Hizbullah artıq əvəzedilməz döyüş təcrübəsi yığıb, İsrail ordusunda isə bu yoxdur. Eyni şey Dəməşqdəki hökumət ordularına, sünni islamçılara, Suriyadakı İran ordularına aiddir. Rusiya ordusu və havadan müdafiə sistemləri də sərhədimizdir. Suriyada yaranacaq sülh sərhədlərimizdə nələrin formalaşdırdığını göstərəcək”.

Qeyd edək ki, İsraildə güclü meşə yanğınları başlayıb. Artıq ölkənin bir neçə şəhərinin əhalisi yaşadığı ərazidən köçürülüb. (Axar.az)