XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 11:03

Kaxa Kaladze:“Qazprom”la danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”

kaxa

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstana təbii qazın əsas hissəsi bu ölkədən idxal olunur”.

Bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze deputatların iştirak etdiyi iclasda bildirib.

Onun sözlərinə görə, fevral ayında Azərbaycanla qaz idxalına dair vacib sənədlər imzalanıb.

“Vahid Milli Hərəkat” partiyasının deputatı Roman Qotsiridzenin sualını cavablandıran nazir “Qazprom”la yenə danışıqların aparılacağını da istisna etməyib: “Biz “Qazprom”la ölkəmizin maraqları üçün danışıqlar aparmışıq. Bu şirkətlə keçiriləcək danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”.

Qeyd edək ki, Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə danışıqları 2016-cı ilin aprelində başa çatıb və əvvəlki öhdəliklər yenə də qüvvədə qalır. Müqaviləyə görə, Gürcüstan Ermənistana təbii qazın tranziti müqabilində ötürülən qazın 10 faizini alacaq. (APA)