XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2016 - 14:07

İlham Əliyev Fidel Kastronun vəfatı ilə bağlıbaşsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa Fidel Kastro Rusun vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: "Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".