XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 15:31

Səfir:“Latviyanın Azərbaycanla əməkdaşlıq planları uzun müddətlidir”

latviya-qebul

Latviyanın Azərbaycandaki səfirliyi ölkənin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbirdə 291 saylı liseyin şagirdlərinin ifasında hər iki ölkənin dövlət himniləri səsləndirildikdən sonra səfir Yuris Maklakovs çıxış edib. O, ötən il ərzində Latviya səfirliyinin  291 sayli liseylə yaradıcı əməkdaşlığının olduğunu söyləyib. “Uşaqlar bizim gələcəyimizdir və buna görə də, onların inkişafına töhvə vermək, sərmayə qoymağa dəyər”, – deyən səfir  şagirdlərə hədiyyələr təqdim etmək üçün onları səhnəyə dəvət edib. Daha sonra ölkəsinin müstəqillik tarixindən danışıb.

Noyabrın 18-də Latviyanın qurulmasının 98-ci ildönümünü qeyd etdiklərini xatırladaraq, ötən həftə ərzində Latviya xalqının öz geyimlərini qırmızı-ag-qırmızı lentlə bəzəyərək, ölkəsinin müstəqilliyi uğrunda keçən döyüşlərdə qazanılmış qələbənin təcəssüm etdirdiyini açıqlayıb: “Bu gün də biz bu lentdən istifadə etməklə bayram ab-havasını davam etdiririk”.

Y.Maklakovs bu ilin səfirlik üçün yadda qalan tədbirlərlə zəngin olduğunu qeyd edərək Riqada hökumətlərarası görüşlərin keçirildiyini xatırladıb. Həmçinin bildirib ki, iki ölkə arasındakı bələdiyyə orqanları nümayəndələrinin qarşılıqlı görüşləri, Latviya Avropa Birliyi parlamentarilərinin və Latviya Parlamentinin spikerinin Azərbaycana səfərləri, eləcə də biznes layihələrinin işə düşməsində yaxından cəlb ediliblər: “Biz siyasi əməkdaşlığın bu səviyyəsindən kifayət qədər məmnunuq, lakin etiraf etmək lazımdır ki, iqtisadiyyat sahəsində hələ də boşluqlar var, bu sahədə əlaqələr inkişaf etdirilməlidir. Latviyanın Azərbaycanla olan əməkdaşlıq planları uzun müddət üçün nəzərdə tutulub, çalışacağıq ki, öhdəmizə düşənləri yerinə yetirək”. Hazırda bir çox layihələr üzərində çalışdıqlarını, bunların sadəcə iqtisadi deyil, həm də mədəniyyət, təhsil, turizm və digər sahələri əhatə edəcəyini vurğulayıb.

Azərbaycan hökuməti adından Latviya xalqını bayram münasibəti ilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev ölkələrimiz arasında əlaqələrin genişlənməsi istiqamətində xeyli işlər görüldüyünü, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini, həmçinin, son zamanlar ticari dövriyyədə irəliləyişlər olduğunu söyləyib. M.Məmmədquliyev artıq Avropa İttifaqının Azərbaycanla yeni saziş üzrə danışıqların başlanması üçün mandatı təsdiqlədiyini və bu istiqamətdəki səylərinə görə səfirə təşəkkürünü bildirib.

L.SƏMLA

Strateq.az