XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 16:33

At cəmdəklərini dövriyyəyə buraxmaq istəyənləryaxalandı

at

Qəbələdə İsmayıllı sakininin avtomobilində at cəmdəkləri aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Nic qəsəbəsində xidmət apararkən  İsmayıllı rayon sakini, sürücü Süleymanov Vüqar Hafiz oğlunun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı yük yerində və salonda 3 baş  kəsilmiş, 200 kq üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunət iyi verən at cəmdəkləri aşkarlanıb.  

Araşdırma zamanı məlum olub ki, V. Süleymanov və onun qaynı, İsmayıllı rayonu Qalıncaq kənd sakini Hacıyev Sahil Tofiq oğlu həmin atları Qəbələ rayonunun Aydınqışlaq, Mirzəbəyli və Mıxlıqovaq kəndlərindən alıb, kəsərək Bakı şəhərindəki  "Heyvanat parkı"na satmaq istəyiblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı isə at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, qida üçün yararlığı şübhə doğuran at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq noyabrın 26-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.