XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

27 Noyabr 2016 - 11:32

3 türk əsgərini şəhid edən qırıcılar hansı dövlətə məxsusdur? –Yazardan maraqlı açıqlama

iran-jet

Suriyada Türkiyə əsgərlərinə edilən hücumda İranın əli var.

Bu açıqlama ilə "Milliyyət" yazarı Sərpil Çevikcan çıxış edib.

Əsəd rejimi tərəfindən hücum edildiyini deyən Çevikcan burada İranın barmağının olması ehtimalının olduğunu qeyd edib.

Çevikcan hücumun İranın təsiri altında olan bir qrup tərəfindən edildiyini və əsas hədəfin Türkiyə-Rusiya münasibətlərini yenidən pozmaq, həmçinin Türkiyənin bölgədə irəliləməsinin qarşısını almaq olduğunu vurğulayıb.

Qeyd edək ki, 24 noyabrda "Fərat qalxanı" əməliyyatını aparan əsgərlərə havadan qırıcılarla hücum edilib. Ardıcıl edilən hücumlar Türkiyə təyyarələrinin olay yerinə gəlişindən sonra dayandırılıb. Hücum nəticəsində 3 Türkiyə əsgəri şəhid olub, 10-u yaralanıb. Olayın Rusiya təyyarəsinin vurulması tarixi ilə eyni günə düşdüyü üçün burada bəzi şübhəli məqamların olduğu iddia edilir.  (Axar.az)