XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 March 2015 - 14:26

Ratiani: “Gürcüstanda bu gün hökumət yoxdur”

“Milyarder İvanişvili hakimiyyətə gəldi və Gürcüstana milyonlar gəlmir”

акция ЕНД

Gürcüstan parlamentinin deputatı Serqo Ratiani “Vahid milli hərəkat”ın bu gün Tiflisdə başladığı böyük siyasi aksiyada çıxışında deyib: “Gürcüstanda bu gün hökumət yoxdur, bu hökumət İvanişviliyə xidmət edən heyətdir. Buna görə də bu hökumət istefaya getməlidir”.

Strateq.az Qruziya online-a əsasən bildirir ki, natiq deyib: “Bu günki hökumət ölkədə hazırda heç nə baş vermədiyini deyərək bizi aldadır. Məgər “büdcə sekvestri”nin meydana çıxması, larinin bu qədər qiymətdən düşməsi kimi anlayışların geri qayıtması təşviş doğuran hal deyil? Milyarder İvanişvili hakimiyyətə gəldi və Gürcüstana milyonlar gəlmir. Bizə xaric amillərdən danışırıar, lakin bu günki iqtisadi durumun günahkarı bu hökumətdir”.

Xatırladaq ki, Tiflisin Azadlıq meydanındakı mitinq hökumətin istefası tələbi ilə keçir. Aksiyada Tiflisdən və ölkənin müxtəlif bölgələrindən minlərlə insan iştrak edir.