XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 12:20

“Hava dumanlı, küləkli olacaq” –Sabaha olan hava proqnozu

hava2

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə  2-5° isti, gündüz  7-11° isti, Bakıda gecə  2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 50-55 %  təşkil edəcək

Azərbaycanın rayonlarına gəlincə, sabah rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti, dağlarda gecə  0-5° şaxta, gündüz  5-10° isti  olacağı gözlənilir.