Rusiya ilə ABŞ Türkiyənin Suriyada apardığı əməliyyatla bağlı eyni mövqeyi bölüşür.
"Milliyyət" yazarı Sərpil Çevikcan ABŞ və Rusiyanın PYD-nin vurulmasına qarşı olduğunu bildirib.
"ABŞ kimi Rusiya da PYD-yə qarşı Türkiyə hava qüvvələrinin apardığı əməliyyatlardan narahat olur. Rusiya da ABŞ kimi Türkiyənin PYD-yi deyil, İŞİD-i hədəf almasının lazım olduğunu vurğulayır", – Çevikcan qeyd edib. (Axar.az)