Suriyanın Haseke vilayətinin Tel-Temur mahalında ABŞ-ın heç bir əsgəri ölməyib.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Pentaqon rəsmisi bildirib ki, düşərgədə baş verən partlayışa dair məlumatlar var: "Bu cür informasiyalardan xəbərdarıq. Suriyada vəzifəli hər hansı bir Amerika əsgərinin ölmədiyini təsdiq edə bilərəm".
Qeyd edək ki, ötən gün PYD qruplaşmasına aid hərbi düşərgədə baş verən partlayışlar nəticəsində 5 amerikalı əsgərin öldüyü barədə məlumat yayılmışdı. (Axar.az)