XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 16:37

Premyer Liqa:"Neftçi" məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyunu Gəncədə "Kəpəz"lə "Neftçi" arasında baş tutub.

Bu görüşdə qonaq komandanın baş məşqçisi Elxan Abdullayev X turda "Qəbələ"yə 1:4 hesablı məğlubiyyətlə bitən matçdan sonra əvəzedici heyətə göndərdiyi Jayro Rodrigesi bağışlayıb və ona start heyətində yer verib.

Amma bu addım da "ağ-qaralar"ı uğursuzluq zolağından çıxara bilməyib. Orxan Əliyev 27-ci, Julien Ebah isə 49-cu dəqiqədə fərqlənərək, "Kəpəz"in 2:0 hesablı qələbəsini təmin edib.

Bununla da Şahin Diniyevin baş məşqçisi olduğu komanda xallarını 15-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. "Neftçi" isə 10-cu məğlubiyyəti ilə üzləşib və 9 xalla 7-ci pillədə qalıb.