Mosulun İŞİD-dən azad edilməsi üçün təşkil edilən əməliyyat çərçivəsində hava hücumları və atışmalar nəticəsində 37 İŞİD-çi öldürülüb.
İraq döyüş təyyarələrinin qərb cəbhəsində yerləşən Tel-Zekatadakı İŞİD hədəflərini bombaladığı bildirilib. Hücum zamanı 37 İŞİD-çinin və təşkilata aid silahla dolu maşınların məhv edildiyi qeyd edilib.
Atışma zamanı 4 əsgər həyatını itirib, 9-u yaralanıb. Qeyd edək ki, oktyabrın 17-də Mosulun İŞİD-dən azad edilməsi üçün başladılan hərbi əməliyyat şəhərin müxtəlif bölgələrində davam edir. (Axar.az)