XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 22:13

İsraildə 40 nəfər həbs edilib –Baş vermiş meşə yanğınlarına görə

israil-3

 İsrailin hüquq-mühafizə orqanları ölkə ərazisində baş vermiş meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40 nəfəri həbs edib.

Bu barədə "Newsru.co.il" məlumat yayıb.

Məlumatda həbs edilənlərin İsrail və Fələstin vətəndaşları olduğu bildirilir. Onların ən azı 23 nəfərinə qarşı ittihamlar irəli sürüləcək.

Qeyd edək ki, noyabrın 23-də İsraildə güclü meşə yanğınları baş verib. Yanğınlar sonradan ölkənin bir neçə rayonunda davam edib.

Bu gün ölkənin bütün ərazisində söndürülmüş yanğınlar nəticəsində ümumilikdə 560 ev tamam və ya qismən zərər çəkib. 80 min insan təxliyə edilib, 180 nəfər xəsarət alıb.

Yanğınların söndürülməsinə ölkənin bütün xüsusi təyinatlı aviasiyası iştirak edib. Bununla yanaşı, İsrailin yanğınla mübarizə aparan aviasiya qrupuna Azərbaycan, Ukrayna, ABŞ, Türkiyə, Yunanıstan, Kipr, Britaniya, Xorvatiya, Fransa, İtaliya, Misir, İordaniya və Rusiya təyyarələri də kömək edib.  (Report)