XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2016 - 09:49

Türkiyə Ədliyyə naziri:"Avropa Birliyi Türkiyəyə göstəriş verə bilməz"

bekir-bozdag

Avropa Birliyi Türkiyəyə göstəriş verə bilməz.

Bunu Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ Tvitter hesabında yazıb.

“Türkiyə əleyhinə addım atanların sığındığı AB bizə göstəriş verə bilməz. Avropa Parlamentinin (AP) qərarı PKK, CHP, HDP, FETÖ tərəfindən alqışlandı. Lakin heç biri 53 ildir ki, Türkiyəni qapısında gözlədən, ikili standart tətbiq edən AB ilə AP-ni qınamadı. Halbuki siyasi və iqtisadi tələbləri yerinə yetirməyən onlarla ölkə AB-nin üzvüdür”, – nazir bildirib.

Qeyd edək ki, AP-nin Türkiyə ilə AB arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarının əleyhinə 37, lehinə isə 479 parlamentari səs verib. 107 deputat isə bitərəf qalıb.  (Axar.az)