”İranın atom-nüvə proqramı ilə bağlı məsələ 2017-ci ilin sentyabrında Qazaxıstanda müzakirə ediləcək”.
Bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkəsinin müstəqilliyinin 25-ci ildönümünə həsr olunan tədbirdə bildirib.
XİN başçısı deyib ki, gələn ilin sentyabrında Qazaxıstanda “altılıq”la (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin ) İran arasında sülh və razılığa nail olmaq üçün nüvə proqramı üzrə iki mərhələli müzakirə keçiriləcək.
O qeyd edib ki, Qazaxıstan keçmiş Sovet İttifaqından qalma nüvə silahından imtina edən ölkə kimi regionda və dünyada nüvə təhlükəsizliyinin təmin olunması istiqamğtində səylərini davam etdirir. (Report)