XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 10:56

Komitə sədri:"Azərbaycanda müsəlmanların 70 faizi şiə, 30 faizi əhli-sünnədir"

m-qurbanli

"Azərbaycanda xristianlığın dini cərəyanlarından daha çox islamın radikal cərəyanlarının təhlükə törətmək ehtimal var".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir: "96 faizin də 70 faizi şiə, 30 faizi əhli-sünnədir. Amma bu faizi dəqiq şəkildə demək də çətindir. Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib. Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər". (Report)