XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 13:47

Masallıda məişət zorakılığı mövzusunda təlim keçirilib

masalli-1

 

 

 

 

 

 

 

 “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun Avopa İttifaqının dəstəyi ilə icra etdikləri  “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində növbəti təlim Masallı rayonunda keçirilib. 3 gün ərzində keçirilən  olmaqla hüquq-mühafizə, ədliyyə  orqanları, yerli icra hakimiyyəti  əməkdaşları və məhkəmə işçiləri iştirak ediblər.  

15 saatlıq təlim kursu  “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları”  mövzularını əhatə edib.  Layihə çərçivəsində təlimlərin keçirilməsi üçün bu mövzuları əhatə edən 5 təlim modulu hazırlanıb. Bu modulların daxil olduğu təlim vəsaiti iştirakçılara paylanıb.

Təlimdə yerli polis, prokurorluq,  məhkəmə, ədliyyə və  icra hakimiyyəti  orqanları əməkdaşlarına məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxsləri müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi barədə məlumat verilib.  Eyni zamanda təlim iştirakçıları milli və beynəlxalq qanunvericilikdə məişət zorakılığına, xüsusən də ailə daxilində qadınlara qarşı baş vermiş zorakılıq hallarında qanunvericiliyin nəzərdə tutuduğu hallarda müdaxilə imkanlarını öyrəniblər.

Təlimlər zamanı məişət zorakılığı halları baş verərkən qurbanların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, zərərverən şəxsin qanun qarşısnda cavabdeh saxlanılması sahəsində bacarıqların artırılması üçün praktik məşğələlər də keçirilib.

 “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi, maarifləndirmə və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsidir.

Layihə çərçivəsində Masallı rayonunda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda ictimai fəal xanımların iştirakı ilə dəyirmi masa da keçirilib.  “Qadınlar Arasında Həmrəylik” İB-nin sədri, layihə rəhbəri Ruhəngiz Hüseynova layihə barədə iştirakçılara məlumat verib. Tədbirə Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GIZ) proqram rəhbəri Fidan Qasımova da dəvət olunub. 

Masallı rayonunda 4 saylı tam orta məktəbdə məişət zorakılığı sağlam ailə modelinin formalaşmasına maarifçilik fəaliyyətləri ilə yardım göstərilməsi məqsədilə 10-11 sinif şagirdləri ilə görüş də keçirilib.

masalli-2

masalli-3

masalli-4

Strateq.az