XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 14:35

Xocalı soyqırmı ilə bağlı yeni qanun hazırlanır –Qatillərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur

xocali

Noyabrın 28-də Milli Məclisdə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı keçirilir.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlandığını bildirib. (Azərtac)

Bahar Muradova deyib ki, Dağlıq Qarabağda cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qaldırılmalıdır. Qanun layihəsi Xocalı soyqırımının 25 illiyində ictimaiyyətə təqdim olunacaq. Layihə Xocalı soyqırımını törədənlərin cinayət əməllərinə hüquqi qiymətin verilməsinə imkan yaradacaq. Layihə ilə bağlı hazırlıq işlərinə noyabrın 20-də başlanılıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hazırlanmasının vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil olunmasıdır.